“Əl-Qaidə” Səudiyyə Ərəbistanına hücuma çağırış edib
733 dəfə baxılıb
“Əl-Qaidə” terror təşkilatının lideri Ayman əz Zəvahiri tərəfdarlarını Səudiyyə Ərəbistanına hücumlar törətməyə çağırıb.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, ABŞ-ın terrorçuluqla mübarizə sahəsində fəaliyyət göstərən “SITE Intelligence Group” analitik şirkətin məlumatlarına əsasən, dərc olunan yeddi dəqiqəlik video çarxda “Əl-Qaidə” lideri tərəfdarlarını “dini korlayan çürümüş rejim” adlandırdığı Səudiyyə Ərəbistanının kral ailəsinə hücumlar törətməyə çağırıb. Ayman əz Zəvahiri, həmçinin İsrail və Qərb dövlətlərini nəzərdə tutduğu “sionist və əhl-səliblərin ittifaqı”na da hücumlar törətməyə çağırıb.
“Əl-Qaidə” liderinin video müraciəti Səudiyyə Ərəbistanında kütləvi edama cavab olaraq dərc edilib. Nəşrin məlumatına görə, edam olunanların əksəriyyəti “Əl-Qaidə”nin 2003-2004-cü illərdə törətdiyi terror aktlarında iştirakda ittiham edilən şəxslər olub.
Sələf Xəbər: Törətdikləri terror aktları ilə bütün İslam ümmətinin başını ağrıdan, müsəlmanların adına ləkə gətirən əl-Qaidə terror təşkilatı, öz eyiblərini ört-basdır etmək üçün müsəlman dövlətləri əsassız sözlərlə ittiham edir.
Məşhur İslam alimi, böyük hədisşünas Əbdül Mühsin əl-Abbad (Allah onu qorusun) “Əl-Qaidə” qruplaşmasının üzvləri barəsində demişdir: “Onlar – şeytanın yolunda mücahiddirlər (vuruşanlardır)!”