“Əl Qaidə” Yəməndə 20 hərbçini öldürdü
Noyabr 03
17:46
2014
805 dəfə baxılıb
“Sələf Xəbər” bakupost.az-a istinadən xəbərinə görə, Yəmənin Xodeyda əyalətində Əl Qaidə terror təşkilatının silahlılarının hücumu nəticəsində azı 20 hərbçi həlak olub.
Terrorçuların hücumuna əyalət administrasiyasının binası məruz qalıb. Silahlılar həmçinin 4 polis avtomobilinə zərər yetiriblər. Cavab atəşi ilə 3 silahlının öldürüldüyü bildirilir.
Sələf Xəbər: XX-ci əsrin görkəmli islam alimi Əbdüləziz bin Bəzz (Allah ona rəhmət etsin) Əl-Qaidə lideri Usama bin Laden barəsində demişdir: “Usama bin Laden – dünyada fitnə-fəsad yayanların cərgəsindəndir!” (“Caridatul-muslimin” № 607. 8/5/1417-ci hicri ili)
O, həmçinin demişdir: “Əl-Masari, əl-Fakixi, Bin Laden və onların yolunu seçmiş hər bir kəsə mənim nəsihətim odur ki, bu fəlakətli yolu tərk etsinlər, Allahdan qorxsunlar və Onun qəzəbindən özlərini qorusunlar, doğru yola qayıtsınlar və törətdiklərinə əməllərə görə tövbə etsinlər!” (Bax “Fataua İbn Baz” 9/100)