Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

“Əl-Qaidə”dən İŞİD-ə sərt mesaj

İyun 29
16:53 2015

“Sələf Xəbər” Atv.az-a istinadən məlumat verir ki, “Əl-Qaidə” terror qruplaşmasının ABŞ-dakı yüksək vəzifəli şəxsi sayılan Adam Qadan İŞİD terror xəvaric qruplaşmasını müsəlmanlara qarşı ifrat dərəcədə qəddarlığa görə ittiham edib:

“Əziz qardaşlarım, İŞİD-in hərbi sahədə əhəmiyyətli dərəcədə nəzərə çarpan hərbi qüvvəsini heç kim inkar edə bilməz, ancaq İŞİD-çilərin müsəlmanlar əleyhinə törətdikləri cinayətlər heç vaxt unudulmayacaq”.

Qadan onu da əlavə edib ki, bu olayların günahkarlarını Qiyamət günü cəhənnəmin odu gözləyir.

Sələf Xəbər: Məşhur İslam alimi, böyük hədisşünas Əbdül Mühsin əl-Abbaddan (Allah onu qorusun) “əl-Qaidə” terror qruplaşmasının üzvləri barəsində demişdir: “Onlar – şeytanın yolunda mücahiddirlər (vuruşanlardır)!”
Şeyx Məhəmməd əl-Mədxəli (Allah ona rəhmət etsin) buyurmuşdur: “Cihad haqqında onun şərtlərini, qaydalarını bilən alimlər danışa bilər. İŞİD terror xəvaric qruplaşmasının etdiyi cihad yox, fitnədir”.

Digər xəbərlər