Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Əl-Qaidənin Yəmən lideri öldürülüb

Fevral 04
18:10 2016

Alarabiyanın yaydığı məlumata görə əl-Qaidənin Yəmən lideri Cəlal Bəlid əl-Mərqəşi öldürülüb. Məlumatda deyilir ki, Amerikanın pilotsuz təyyarələri Ədən şəhərinin şərqində, Əbyən adlı yerdə Cəlal Bəlidi üç nəfər köməkçisi ilə birlikdə hədəfə alaraq raket zərbəsi ilə qətlə yetirmişdir.
Yəmənin şərqində əl-qaidənin altı üzvünün öldürülməsi haqda da məlumat verilmişdir. Həmin hücumların da Amerikaya məxsus pilotsuz təyyarələrin həyata keçirdiyi deyilir.

Sələf Xəbər: Yolunu azmış radikal firqələr yanlışlıqla güman edir ki, İslamın hədəfi qeyri-müsəlmanların məhvi yolu ilə islam dövlətinin yaradılmasıdır. Lakin, bu İslamın hədəfi deyildir. İslam insanlara tövhidi öyrədərək və onlara yaxşılıq etməyi əmr edərək onlara Haqqın sözünü çatdırmaq üçün gəlib.

Cihada gəlincə, bu Allaha ibadətin növlərindən biridir, və onun öz şərtləri var. Cihadın məqsədi İslamın müdafiəsi və fəsadın qarşısını almaqdır.
XX-ci əsrin böyük alimi, mərhum şeyx Useymindən (Allah ona rəhmət etsin) soruşdular: “Rəhbərin icazəsi olmadan müsəlmanların cihada getməsi icazəlidirmi? Rəhbərin icazəsi olmadan hansı halda cihada getmək olar?” O belə cavab vermişdir: “Rəhbərin icazəsi olmadan cihada getmək olmaz. Çünki şəriətdə müəyyən olunub ki, bu məsələdə məhz rəhbər qərar qəbul edir. Rəhbərin icazəsi olmadan cihada çıxmaq, onun haqının tapdalanmasıdır və anarxiya, yalnız Allaha məlum olan şərli nəticələrə səbəb olur. “Rəhbərin icazəsi olmadan hansı halda cihada getmək olar?” sualına gəldikdə isə, cavab belədir: Bəli, bəzən düşmən qəfil hücum etdikdə, müdafiə olunmaq və vuruşmaq müsəlmanlara vacib olar” (“Məcmu əl-Fətəva və ər-Rəsaail”).

Digər xəbərlər