Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Əli ibn Əbu Talibin (Allah ondan razı olsun) adını daşıyan məscid yerlə yeksan edildi

Avqust 26
17:25 2014

Fələstin İnformasiya Mərkəzi “Əl-Cəzirə”-yə istinadən bildirir ki, İsrailin növbəti hava hücumu nəticəsində Qəzzanın cənub-qərbində Əz-Zeytun rayonunda yerləşən Əli ibn Əbu Talibin (Allah ondan razı olsun) adını daşıyan məscid və ona bitişik tikililər yerlə yeksan olub.

Son iki gün ərzində İsrail Qəzzanın Cəbəliyyə, Beyt Lahiyə və Rəfəh rayonlarını hava hücumuna məruz qoyub. Cəbəliyyədə fələstinli qadın dörd azyaşlı uşağı ilə birlikdə öldürülüb. Qəzza və Misir arasında yerləşən Rəfəh keçidi atəşə tutulub.

 Sələf Xəbər: Uca Allah buyurur: “Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 114-cü ayə).

“Ən zalım insanlar və ən qəddar cinayətkarlar – məscidlərdə Allahı zikr etməyə mane olanlar və namaz qılmağa və ibadətin digər mərasimlərini keçirməyə imkan verməyənlər, məscidləri maddi və mənəvi cəhətdən dağıtmağa can atanlardır. Məscidlərin maddi cəhətdən dağıdılması dedikdə, onların binalarının sökülməsi, onlara vurulan ziyan və onların natəmizliklərlə murdarlanması nəzərdə tutulur. Mənəvi cəhətdən dağıdılma altında isə, namaz qılanlara məscidlərdə Allahın adının zikr edilməsinə imkan verilməməkdir.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər