Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Əminə Ərdoğan: “Aralıq dənizində ölənlər suriyalı olduqları üçün dünyanın diqqətini çəkmədi”

Mart 31
18:44 2016

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan ABŞ-da Suriya ilə bağlı keçrilən bir tədbirdə iştirak edib.

“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, ABŞ tarixinin ən önəmli ismlərindən olan Malcolm X-nın qızı yazar-sosyal aktivist İlyasah Shabazın aparıcılıq etdiyi tədbirdə Əminə Ərdoğan çıxış edib.

Xanım Ərdoğan Türkiyənin suriyalı qaçqınlara verdiyi dəstəkdən danışıb.

“Suriyada beş ildə, təxminən yarım milyon günahsız insan öldü, 6.5 milyondan çox insan qaçqın düşdü. Lakin dünya aktyorları siyasətlərin, qaçqınlara qapıları bağlamaq üzərində qurdu. Aralıq dənizi sahillərində ölənlər suriyalı olduğu üçün, müasir dünyanın, insan və qadın hüquqları təşkilatlarının diqqətini çəkmədi. Belə bir mühitdə, 3 milyon suriyalıya heç tərəddüd etmədən qapılarını açan ölkəmlə qürur hissi keçirirəm. Hal-hazırda Suriyadakı daxili döyüşdən qaçaraq, həyatlarını qurtarmağa çalışan insanların az qala yarısı bizim ölkəmizdə qonaqdır”, – deyə xanım Ərdoğan qeyd edib.

Sələf Xəbər: Uca Allah buyurur: “Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq”. (Qurani-Kərim, “Nəhl” surəsi, 97-ci ayə)

“Xeyirxah əməllərin qəbul olunmasının zəruri şərti düzgün imandır. Bundan başqa, xeyirxah əməllər – sahibi düzgün baxışlara etiqad edilmədikcə, xeyirxah adlandırıla bilməz. Belə baxışlara aid olanlar – qeybə qəti imandır ki, mömini fərz və könüllü xeyirxah əməllər icra etməyə yönəldir. Əgər insan özündə iman və saleh əməlləri birləşdirə bilirsə, onda Allah ona mütləq gözəl həyat bəxş edir. Belə insan ruhi rahatlıq, inam əldə edir və ruhuna ziyan vura biləcək hərəkətlərə yol vermir. Uca Allah isə onun heç gözləmədiyi bir yerdən ona pak ruzi əta edir. O, dünya həyatından ayrıldıqda, Allah onu nəzərlərin görmədiyi, qulaqların barəsində eşitmədiyi və hətta insanın heç xəyalına belə gətirmədiyi hər cür nemətlərlə təmin edir. Allah onu həm bu dünyada və həm də ölümündən sonra gözəl bir tərzdə mükafatla təltif edir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər