Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Ən böyük Apple mağazası Dubayda açılacaq

Avqust 21
16:43 2014

“Sələf Xəbər” www.dxb.ru saytına istinadən yazır ki, Apple şirkətinin dünyada ən böyük mağazası Dubay şəhərində açılacaq. Apple smartfon və kompüterlərinin istehsalçıları hələ ki bu məlumatı təsdiqləməyib.

Buna baxmayaraq, MacRumours saytının yazdığına görə, keçən həftə Apple BƏƏ-də vakansiyalar açacağını elan edib, lakin tarix dəqiqləşdirilməyib. Vakant yerlərə mağaza meneceri, marketinq üzrə mütəxəssis və kreativə cavabdeh mütəxəssis tələb olunacağı məlum olub.

Bu şirkətin Yaxın Şərqdə ilk Apple Store olacaq. Mağaza Dubayın Mall of the Emirates ticarət mərkəzində yerləşəcək. Apple Store 2015-ci ilin birinci rübündə açılacağı gözlənilir. Xatırladaq ki, keçən ay Apple şirkətinin baş icraçı direktoru Tim Kuk BƏƏ səfəri zamanı Dubayın şeyxi ilə görüşmüşdü.

Digər xəbərlər