Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Enbarda 33 IŞİD-çi öldürüldü

Oktyabr 03
21:38 2014

“Sələf Xəbər” Anadolu Ajansı-na istinadən xəbər verir ki, Irak ordusunun silahlı qruplaşmalara qarşı əməliyyatlarında İŞİD terror xəvaric qruplaşmasının 33 üzvü öldürülüb.

Enbarda aparılan Əməliyyatlara başçılıq edən komandir Rəşid Felih, agentliyin müxbirinə verdiyi açıqlamada deyib ki, Enbarın müxtəlif bölgələrində İraq ordusu ilə silahlı dəstələr arasında toqquşmalar baş verib, 7 regionda intensivləşən toqquşmalarda, ilkin məlumatlara görə 33 IŞİD-çi öldürülüb.

Əməliyyatlar zamanı IŞİD terror xəvaric qruplaşmasına məxsus 4 avtomobilin məhv edildiyini bildirən Felih, Enbara yaxın olan Ramadidə isə 5 bölgədə toqquşmaların davam etdiyini qeyd edib.

Komandiri Rəşid Felih, İraq ordusuna və beynəlxalq müttəfiqlərə məxsus təyyarələrin də havadan dəstək verdiyi əməliyyatlarda, terror yuvalarının bombalandığını, terrorçuların böyük itkilər verdiyini, lakin ölü və yaralı sayına dair hələ ki, dəqiq məlumatın olmadığını əlavə edib.

Bir müddətdir ki, silahlı toqquşmaların və hakimiyyət boşluğunun yaşandığı İraqda, İŞİD terror xəvaric qruplaşmasının rəhbərliyi altındakı silahlı dəstələr, Mosul və Tikrit kimi bəzi şəhərlərə nəzarəti ələ keçirmişdi. İraq, ordu ilə silahlı dəstələri arasında tez-tez baş verən qarşıdurmalara səhnə olur.

 Sələf Xəbər: Yolunu azmış radikal firqələr yanlışlıqla güman edir ki, İslamın hədəfi qeyri-müsəlmanların məhvi yolu ilə islam dövlətinin yaradılmasıdır. Lakin, bu İslamın hədəfi deyildir. İslam insanlara tövhidi öyrədərək və onlara yaxşılıq etməyi əmr edərək onlara Haqqın sözünü çatdırmaq üçün gəlib.

Cihada gəlincə, bu Allaha ibadətin növlərindən biridir, və onun öz şərtləri var. Cihadın məqsədi İslamın müdafiəsi və fəsadın qarşısını almaqdır.

Şübhə yoxdur ki, terror aktları, o cümlədən intiharçıların törətdikləri partlayışlar, nəticəsində dinc insanların həlak olması özü-özlüyündə artıq fəsaddır, və bunu heç cür cihad adlandırmaq olmaz.

Digər xəbərlər