Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Enerji içkiləri üçün yaş həddi artırılacaq

Sentyabr 13
16:47 2014

“Sələf Xəbər” www.gulfnews.com xəbər portalına istinadən xəbər verir ki, BƏƏ-də yaşı 20-dən azı olan gənclərə enerji içkilərinin satışının qadağan edilməsi məsələsi gündəmdədir.

Məktəblərdə satılan yüksək kofein tərkibli içkilərin uşaqlara mənfi təsir göstərdiyinə görə narahat olan rəsmilər, onların yaşı 16-dan az olan uşaqlara satılmasını artıq qadağan ediblər.

Həkimlər hesab edir ki, tərkibində böyük miqdarda şəkər və taurin üzvi turşusu olan enerji içkilərinin yüksək dozada qəbulu səhhətlə bağlı bir sıra problemlərə yol aça bilər.

İqtisadiyyat Nazirliyi İstehlakçı Hüquqlarının Qorunması departamentinin direktoru Doktor Haşim əl-Nuaymi oktyabr ayının 2-də yaş həddinin artırılması ilə bağlı iclas keçiriləcəyini təsdiqləyib.

Əl-Nuaymi “Gulf News” xəbər portalına müsahibəsində bildirib ki, nazirliyin İstehlakçı Hüquqlarının qorunması üzrə Ali Komitəsi yaş həddinin artırılmasının xeyrinə çıxış edərsə, bu məsələ yekun qərar üçün Baş Nazirə göndəriləcək.

O, yeni yaş həddinin müəyyən edildiyi və 2015-ci ildən başlayaraq qüvvəyə minəcəyi barədə mətbuatda yayılan məlumatları təkzib edib: “Biz hələ bu məsələni araşdırırıq. Biz müsbət cavab verdikdən sonra, bu məsələ yekun qərar üçün ali orqanların öhdəsinə buraxılacaq. Yaş həddinin dəyişdirilməsi üçün onların təsdiqi zəruridir”.

O həmçinin əlavə edib ki, Səhiyyə Nazirliyi və Əmirliklərin Standartlaşdırma və Metrologiya üzrə Komitəsi də bu prosesə cəlb edilib. Əl-Nuaymi bildirib ki, “İstənilən dəyişiklik üçün zaman tələb olunur, amma müddətini deyə bilmərəm”.

Həkim diyetoloq və məsləhətçi Culiot Vinolianın sözlərinə görə, yaş həddinin artırılması, gənclərin sağlamlığını qorumağın ən yaxşı yollarından biridir: “Uşaqlar enerji içkilərinin səbəb ola biləcəyi təhlükələrə laqeyd yanaşır. Onlar yadda saxlamalıdır ki, bu içkilər yalnız daha çox mineral və vitaminlər tələb edən ağır fiziki məşqlər keçən insanlar üçün hazırlanıb”, o əlavə edib.

Vinolia həmçinin qeyd edib ki, bu məhsullar “susuzluğu yatırmaq üçün yox, performansı artırmaq üçün hazırlanıb. Bu içkilərin sağlamlığa faydası yoxdur”.

Diyetoloq vurğulayıb ki, bu içkilərin tərkibində tibbi cəhətdən təhlükəsiz olduğu araşdırılmalı olan bir çox inqrediyentlər var. Onun sözlərinə əsasən, ABŞ Qida və Dərman Administrasiyası qida kimi təsnifatlaşdırılan spirtsiz içkilərdə kofein tərkibini məhdudlaşdırsa da, qida əlavələri kimi təsnifatlaşdırılan enerji içkilərinə bu qayda tətbiq olunmur”.

Vinolia sözlərinə əlavə edib ki, uşaqlar və gənclər xüsusilə ehtiyatlı olmalıdır, çünki onlar adətən kifayət qədər su qəbul etmir və bu cür içkilərin qəbulu dehidrasiyanı daha da gücləndirərək ağırlaşmalara səbəb ola və hətta bədən orqanlarını müəyyən dərəcədə zədələyə bilər.

 Sələf Xəbər: İnsanları, sağlamlıq nemətinin qədrini bilməyə çağıraraq hədislərin birində Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) demişdir: “İki nemət vardır ki, insanların çoxu onların qədrini bilməz. Bunlar səhhət və asudə vaxtdır.” (Buxari).

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) insan sağlamlığına böyük əhəmiyyət vermiş və bizə öz həyatında misal olaraq sağlam həyat tərzinin qaydalarını göstərmişdir. Hədislərə müraciət etsək görərik ki, sağlamlığa ziyan verə biləcək qida və içkilərin qəbulu dinimizdə qadağan edilmiş, səhhətimizi möhkəmləndirəcək, xəstəliklərimizə dərman olacaq faydalı qida və içkilər isə hətta adları və istifadə qaydası ilə birlikdə çatdırılmışdır.

Digər xəbərlər