Ər-Riyad: “Biz neftin qiymətinin sabit olmasını istəyirik”
668 dəfə baxılıb
Neft hasilatının dondurulması prosesinə yaxın aylarda başlanılacaq; Səudiyyə Ərəbistanı Dohada razılaşma əldə olunduqdan sonra neft bazarının sabitləşdirilməsinə dair digər tədbirlərin görülməsi imkanını nəzərdən keçirəcək.
“Sələf Xəbər” APA-ya istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının neft naziri Əli əl-Naimi bildirib.
“Neft hasilatının mümkün dondurulmasına dair razılaşma yaxın aylarda başlayacaq prosesin başlanğıcıdır. Biz qərar verməliyik: bazarın sabitləşdirilməsi üçün digər addımların atılması zəruridirmi? Biz neftin qiymətinin sabit olmasını istəyirik”, – deyə nazir bildirib.
Qeyd edək ki, ötən gün Qətərin paytaxtı Dohada Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuelanın energetika nazirləri, digər istehsalçıların təşəbbüsə qoşulacağı təqdirdə, 2016-cı ildə neft hasilatı həcminin, orta hesabla, yanvar ayı səviyyəsində dondurulmasına dair ilkin razılığa gəliblər.
Fevralın 17-də Venesuelanın neft naziri hasilatın dondurulması təklifini İran və İraqın neft nazirləri ilə müzakirə edəcək.
Sələf Xəbər: Uca Allah buyurur: “Sizə verilən nemətlərin hamısı Allahdandır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 53-cü ayə)
Uca Allah, həmçinin buyurur: “Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız”. (Qurani-Kərim, “Təkasur” surəsi, 8-ci ayə)