Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Ər-Riyad: “Yeganə istəyimiz və vəzifəmiz budur”

Fevral 19
17:24 2016

Səudiyyə Ərəbistanı Suriyadakı hədəfini açıqladı.

Səudiyyə Ərəbistanı Suriyada quru əməliyyatları ilə bağlı növbəti dəfə açıqlama verib.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, krallığın Xarici İşlər naziri Adil Cübeyr Suriyada Əsəd rejiminə qarşı yox, İŞİD terror xəvaric qruplaşmasına qarşı döyüşəcəklərini deyib:

“Səudiyyə Ərəbistanı koalisiyanın bir hissəsi olaraq İŞİD terror xəvaric qruplaşmasını yox etmək üçün Suriyaya quru qoşunlarını göndərmək istədiyini dilə gətirib. Yeganə istəyimiz və vəzifəmiz budur”.

Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə və buna səlahiyyətləri çatan kəslərə terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir! IX əsrin görkəmli alimi Müslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Müslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.
Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız, öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.
Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.
Necə ki, məşhur İslam alimi Zeyd əl-Mədxali (Allah ona rəhmət etsin) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir”. (“əl-İrhab”, 24)

Digər xəbərlər