Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Ər-Riyadda bina uçub-ölən və xəsarət alanlar var

Aprel 28
14:02 2015

Səudiyyə Ərəbistanında tikilməkdə olan konfrans mərkəzinin uçması nəticəsində azı 4 nəfər ölüb.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, 50 nəfərin dağıntılar altında qaldığı bildirilir.

İnsident paytaxt Ər-Riyaddan şimal-qərbdə yerləşən Əl-Qasım Universitetinin ərazisində baş verib. Tikintidə işləyən fəhlələrin əksəriyyətinin pakistanlı olduğu qeyd olunur.

Sələf Xəbər: Uca Allah buyurur: “Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!” (Qurani-Kərim, “Ənbiya” surəsi, 35-ci ayə).

“Ölüm bütün məxluqların nəsibidir. Bu bir piyalədir ki, onu hər kəs, hətta o, uzun ömür yaşasa da belə, içməlidir. Allah-Təala Öz qullarını yerdə xəlq etmişdir, onlara hökmlər və qadağalar nazil etdikdən sonra isə onları xeyir və şərlə, var-dövlət və yoxsulluqla, qüdrət və alçaldılma ilə, həyat və ölümlə imtahana çəkir.
Uca Allah buyurur: “Mülk əlində olan nə qədər xeyirxahdır. O hər şeyə qadirdir. Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır!” (Qurani-Kərim, “Mülk” surəsi, 1,2-ci ayələr)

Digər xəbərlər