Ərdoğan: “Atəşkəsi Suriyanın bütün ərazisində görmək istərdik”
Mart 01
17:23
2016
629 dəfə baxılıb
“Atəşkəs rejimi Suriyanın yalnız üçdə bir hissəsində tətbiq edilir”.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fil Dişi Sahilinə səfəri zamanı çıxışında bəyan edib.
“Yola düşməzdən əvvəl mən atəşkəsin pozulması hallarının ola biləcəyini bildirmişdim. Atəşkəs rejimi Suriyanın bütün ərazisində deyil, yalnız üçdə bir hissəsində tətbiq edilir. Atəşkəs rejiminin Suriyanın bütün ərazisində tətbiq edilməsini görmək istərdik. Təəssüf ki, toqquşmalar hələ də davam edir”, – deyə Ərdoğan qeyd edib.
Sələf Xəbər: Uca Allahdan müsəlmanlara kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!