Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Ərdoğan Avstriyanın “İslam haqqında” qanununu tənqid atəşinə tutub

Mart 02
19:08 2015

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Avstriya parlamentinin qəbul etdiyi “İslam haqqında” qanunun Aİ-nin hüquq normalarına zidd olduğunu bildirərək onu sərt tənqid atəşinə tutub.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, Avstriya parlamentinin qəbul etdiyi “İslam haqqında” yenilənmiş qanun ölkədəki müsəlman təşkilatlarının xaricdən maliyyələşdirilməsini qadağan edir. Yeni qanun, həmçinin, ölkədəki məscidlərin imamlarının bir il ərzində Avstriya diplomu almasını tələb edir. Qeyd edək ki, Avstriyadakı əsas müsəlman təşkilatları qeyd olunan qanunu dəstəkləyib. Yalnız Avstriya Türklərinin Birliyi (ATIB) və Müsəlman Gənclərinin Təşkilatı (MJOE) yeni qanunla əlaqədar Konstitusiya Məhkəməsinə şikayət edəcəklərini bildiriblər. Türkiyə dini məsələlər idarəsinin rəhbəri Mehmet Görməz də qanunu şiddətli tənqid atəşinə tutub.

“Siz bir tərəfdən Aİ –nin hüquq normalarından danışırsınız, digər tərəfdən isə bu normalara tamamilə zidd addımlar atırsınız”, deyə Ərdoğan qanunu şərh edərkən qeyd edib.

Türkiyə Prezidenti Ərdoğan Qərbdə İslama qarşı geniş vüsət almış yanlış fikirlərə və islamofobiyaya dair bir neçə misal gətirib və bu tip mövhumata son qoymağın zəruriliyini qeyd edib.

Qeyd edək ki, hazırda Avstriyada 500 minədək müsəlman yaşayır.

Sələf Xəbər: Uca Allah buyurur: “Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 110-cu ayə)

“Allah bildirir ki, İslam milləti öz keyfiyyəti və xüsusiyyətlərinə görə bütün digər millətlərdən üstündür. Müsəlmanlar ən səmimi və xeyirxah insanlardır. Onlar yaxşılıq etməyi sevir, ətrafdakıları buna dəvət edir, onlara həqiqəti öyrədir, bəyənilən işlər görməyi məsləhət görür və onları qınanılan əməllərdən çəkindirirlər. Onlar nəinki insanlara kamilliyə nail olmağa kömək edir, öz imkanları daxilində onlara fayda verməyə səy göstərirlər, hətta özləri də, Allaha iman gətirərək və bu dinin vacib tələblərini yerinə yetirərək, kamilləşməyə nail olmağa çalışırlar”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər