Ərdoğan: “Bağdadı kimlərin yönləndirdiyini biz çox yaxşı bilirik”
1. 032 dəfə baxılıb
Ərdoğandan şok İran açıqlaması.
Türkiyə prezidenti Qətərin Əl-Cəzirə telekanalına ürəyini boşaldıb.
“Türkiyə hər zaman məzhəbçiliyin qarşısında durub, bugün də elədir. Ancaq təəssüf ki, İran və İraq hökumətləri məzhəbçi siyasət aparmaqla bölgədə gərginliyə səbəb olur”.
“Sələf Xəbər” Sputnik.az-a istinadən məlumat verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərin Əl-Cəzirə telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, İranın apardığı siyasət Yaxın Şərqdəki vəziyyəti olduqca təhlükəli məcraya sürükləyir. Ərdoğan Tehran rəhbərliyinin, qonşu ölkələrdə, xüsusilə də İraqda məzhəbçi siyasət güddüyünü qeyd edib.
Türkiyə prezidenti, Mosuldakı türk hərbi birliyi səbəbilə İraqla aralarında yaşanan problemə də toxunub. Prezident, hazırki Bağdad rəhbərliyinin Tehranın təsiri ilə hərəkət etdiyini söyləyib.
“Həmin türk əsgərləri keçən il İraqın baş naziri Haydar İbadinin rəsmi dəvətilə İŞİD terror xəvaric qruplaşması təhlükəsinə qarşı Mosula yerləşdiriliblər. İndi birdən-birə nə oldu ki, rəsmi – deyə Ərdoğan əlavə edib.
Sələf Xəbər: Uca Allah buyurur: “Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz (bir-birinizə) düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində (bir-birinizlə) qardaş oldunuz”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 103-cü ayə)
Bu ayə onu göstərir ki, müsəlmanlar birləşməlidir və cərəyanlara, təriqətlərə bölünmək onlara qadağandır. Təəssüf ki, bizlər bu gün müsəlmanların bir-biri ilə ədavətdə olan müxtəlif firqələrə və cərəyanlara bölünməsini müşahidə edirik.
Hər bir təriqətin dini məsələlərin bir çoxuna fərqli yanaşması olduğu halda müsəlmanlar necə birləşə bilərlər? Cavab yuxarıda verilən ayədədir: “Hamınız Allahın ipindən möhkəm yapışın!” Bu necə bir ipdir? Bu ip elə Allahın həqiqi dini – İslamdır. Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) və onun səhabələrinin etiqad etdiyi İslam.
Səhih hədislərin birində rəvayət olunur ki, Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) ümmətinin yetmiş üç qrupa bölünəcəyini, və onların birindən başqa hamısının yanlış yolda olacağını qabaqcadan xəbər vermişdir. Ondan onların kim olması barədə soruşduqda, o “Onlar mənim və səhabələrimin olduğu yol ilə gedənlərdir”. (Əhməd)
İslamdakı cərəyanlar və təriqətlər isə yalnız Uca Allahın kamil və tamamlanmış dininə yeniliklərin gətirilməsi səbəbindən meydana çıxıb, halbuki, İslam özünün ilkin halında olduğu kimi etiqad edilməlidir.
Uca Allah buyurur: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim”. (Qurani-Kərim, “Maidə” surəsi, 3-cü ayə)Buna görə, məhz bəzi müsəlmanların əsl İslama gətirdiyi yeniliklər müsəlmanların bir hissəsinin ilkin İslama etiqad etməyi tərk etmələrinə xidmət etdi. Müsəlmanlar dərk etməlidir ki, onlar Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) və onun şanlı səhabələrinin etiqad etdiyi həqiqi İslama dönmədikcə heç vaxt öz fikir ayrılıqlarını tərk edə və birləşə bilməyəcəklər.
Uca Allahdan bütün müsəlmanları haqq üzərində birləşdirməsini diləyirik! Amin!