Ərdoğan: “Biz sadəcə Allahın hüzurunda əyilərik”
838 dəfə baxılıb
“Bizə qorxmaq yaraşmaz”.
Türkiyə Prezidenti Rəcəb Tayip Ərdoğan Türkiyə xalqını terrora qarşı səfərbərliyə çağırıb.
“Sələf Xəbər”in Lent.az-a istinadən məlumatına görə, prezident öz çağırışında bunları deyib: “Biz demokratiyanı, insan haqlarını qərb istədiyi üçün yox, xalqımız buna layiq olduğu üçün istəyirik. Türkiyə bir müddətdir ki, tarixinin ən böyük terror əməlləri ilə qarşı-qarşıya qalıb. Bilirik ki, bu terror hadisələri bizi yıxmaq üçün planlaşdırılır. Ancaq bir yandan terror üzüntümüzü yaşayaraq digər yandan da mübarizəmizi davam etdirəcəyik, layihələrimizi gerçəkləşdirməkdən də qətiyyən geri çəkilmirik. PKK və onun yandaşları üstümüzə gəlir. Bizi qorxutmaq istəyirlər. Ancaq bu günə kimi millətlə döyüşüb uğur qazanan terror təşkilatı yoxdur. Bizə qorxmaq yaraşmaz, biz qorxunu qorxudanlardan olacağıq. Türkiyənin mübarizəsi sadəcə terrorla deyil, həm də terroru dəstəkləyənlərlədir. Biz sadəcə Allahın hüzurunda əyilərik”.
Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)
Uca Allahdan bütün müsəlmanların mənəvi və dünyəvi vəziyyətini düzəltməyini diləyirik. Amin!