Ərdoğan: “Biz təmkinlə hərəkət edəcəyik”
653 dəfə baxılıb
“Türkiyə Su-24 təyyarəsi ilə bağlı insidentlə əlaqədar Rusiya tərəfindən tətbiq edilən məhdudiyyətlərə görə emosiyaya qapılmayacaq”.
“Sələf Xəbər” APA-ya istinadən məlumat verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Parisdə bəyan edib.
“Biz öz xoş niyyətlərimizi ilk gündən nümayiş etdirdik. Rusiyanı radarların göstəriciləri ilə tanış etdik, vəziyyəti başa saldıq. Nəhayət, prezident Putinlə görüşmək arzusunda olduğumuzu bildirdik. Rusiyanın səsləndirdiyi bəyanatları izləyirik. Biz təmkinlə hərəkət edəcəyik. Rusiyanın nə edəcəyini deyə bilmərəm. Qoy əllərində olan daşların hamısını atsınlar. Biz qərarlarımızı sonra verəcəyik”, – deyə Ərdoğan bildirib.
O, əlavə edib ki, uzun illər boyu qurulan münasibətləri dağıtmaq düzgün deyil.
Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanları düz yola yönəltməklə fitnənin şərindən qorumasını diləyirik. Amin!