Ərdoğan Ərəbistan səfərini yarımçıq başa vurdu
Dekabr 31
17:27
2015
1. 200 dəfə baxılıb
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onu müşayiət edən 58 yaşlı Həsən Qaraqaya adlı jurnalistin ani ölümü səbəbi ilə Səudiyyə Ərəbistanı səfərini yarımçıq yekunlaşdırmalı olub.
Mədinə şəhərində qaldığı öteldə ürək çatışmazlığından şikayət edən jurnalist Kral Fəhd xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Jurnalistin vəziyyətinin pisləşdiyi eşidən Ərdoğan dərhal ona baş çəkmək üçün xəstəxanaya gedib, onun səhhəti ilə maraqlanıb. Anadolu agentliyi belə bildirib.
Jurnalist dünyasını dəyişəndən sonra Ərdoğan səfərini yekunlaşdırmağı qərara alıb. Mətnində jurnalistin cənazəsi olan, Ərdoğana məxsus təyyarənin bu gün İstanbula çatacağı gözlənilir.