Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Ərdoğan: “Gəlin, suriyalılar üçün bir şəhər inşa edək…”

Mart 05
17:27 2016

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yurd-yuvalarından qaçqın düşmüş suriyalılarla bağlı Avropa ölkələrinə maraqlı bir təklif verib.

“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, Türkiyədə keçirilən rəsmi toplantıların birində çıxış edən Ərdoğan Avropa ölkələrinə xitabən “gəlin, birlikdə suriyalılar üçün bir şəhər inşa edək” deyib.

Ölkəsinin humanitar yardıma görə dünyada 3-cü yeri tutduğunu xatırladan Ərdoğan, Türkiyənin Suriyadan gələn qaçqınlara 10 milyard pul xərclədiyini diqqətə çatdırıb.

“Bu 5 ildə Suriyadan gələn qaçqınlara xərclədiyimiz pul 10 milyard dollardır. Hələ mən QHT və bələdiyyələrin xərclədiyi pulları demirəm. Bizim üçün şuar belədir. Verən əl alan əldən xeyirlidir.

Mən Avropa ölkələrinə təklif edirəm. Əl-ələ verək, Suriyanın şimalında bir şəhər inşa edək. Suriyanın şimalında Türkiyəyə yaxın bir bölgədə bu şəhəri tikə bilərik”, – deyə Ərdoğan qeyd edib.

Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kim bir möminin dünya kədərlərindən (sıxıntılarından) birini azaldarsa, Allah-Təala Qiyamət günü onun kədərlərindən (sıxıntılarından) birini azaldar. Kim çətinliyə düşənin işini asanlaşdırarsa, Allah-Təala da onun işini dünyada və axirətdə asanlaşdırar. Allah, öz qardaşına kömək edən bəndənin köməyində olar”. (Müslim, 4/ 2074/ № 2699)

Digər xəbərlər