Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Ərdoğan “İlin Cəsur Adamı” seçilib

Dekabr 30
15:44 2015

Qırğızıstanın “İskra Plus” qəzeti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı “İlin Cəsur Adamı” seçib.

“Sələf Xəbər” Dünya Media.az-a istinadən xəbər verir ki, qəzetin baş redaktoru və sahibi Adilet Aytikeyev Ərdoğanın Qırğızıstana və İslam dünyasına verdiyi töhfələrə görə “İlin Cəsur Adamı” seçildiyini deyib.

“Suriyadan qaçaraq Türkiyəyə sığınan iki milyondan çox qaçqın müsəlman var. Bu insanlara yardım əli uzadan Rəcəb Tayyib Ərdoğan, eyni zamanda İslam dünyasına və Qırğızıstana verdiyi dəstəklərinə görə, “İlin Cəsur Adamı” mükafatına layiq görüldü”, – deyə Aytikeyev bildirib.

Aytikeyev Ərdoğan ilə fəxr etdiklərini və onun üçün dua etdiklərini də sözlərinə əlavə edib.

Sələf Xəbər: Uca Allah buyurur: “Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq”. (Qurani-Kərim, “Nəhl” surəsi, 97-ci ayə)
“Xeyirxah əməllərin qəbul olunmasının zəruri şərti düzgün imandır. Bundan başqa, xeyirxah əməllər – sahibi düzgün baxışlara etiqad edilmədikcə, xeyirxah adlandırıla bilməz. Belə baxışlara aid olanlar – qeybə qəti imandır ki, mömini fərz və könüllü xeyirxah əməllər icra etməyə yönəldir. Əgər insan özündə iman və saleh əməlləri birləşdirə bilirsə, onda Allah ona mütləq gözəl həyat bəxş edir. Belə insan ruhi rahatlıq, inam əldə edir və ruhuna ziyan vura biləcək hərəkətlərə yol vermir. Uca Allah isə onun heç gözləmədiyi bir yerdən ona pak ruzi əta edir. O, dünya həyatından ayrıldıqda, Allah onu nəzərlərin görmədiyi, qulaqların barəsində eşitmədiyi və hətta insanın heç xəyalına belə gətirmədiyi hər cür nemətlərlə təmin edir. Allah onu həm bu dünyada və həm də ölümündən sonra gözəl bir tərzdə mükafatla təltif edir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər