Ərdoğan: “İran hərbçiləri Suriyada qırğınlar törədir!”
1. 019 dəfə baxılıb
“Sələf Xəbər”in Alarabiyaya istinadən məlumatına görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı Ankarada iqtisadi forumda çıxış edərkən bildirib ki, Türkiyə Suriya böhranına münasibətdə hələlik səbr nümayiş elətdirir. Amma bunun da bir həddi vardır. O həddə çatanda mütləq hərəkətə keçəcəkdir. Ərdoğan sözlərinə bunları da əlavə edib: “İranlı döyüşçülər Suriyada qırğınlar törədirlər”.
Ərdoğan Suriyada İran dəstəkli qüvvələrin şiddətli qırğınlar həyata keçirdiklərini bildirib və Birləşmiş Millətlər Təşkilatının bu ölkədə “etnik təmizləmə” siyasətinin qarşısını alması üçün daha çox səy göstərməli olduğunu söylədi.
Türkiyə prezidenti on minlərlə Hələb qaçqınının üzünə sərhədlərini açmağı tələb edən dünya dövlətlərini də kəskin qınayıb və Türkiyə gələn qaçqınları digər ölkələrə göndərəcəyi ilə hədələyib.
Ərdoğan həmçinin bildirib ki, bizim alnımızda “axmaq” sözü yazılmayıb. Siz elə bilməyin ki, təyyarələr və avtobuslar buraya səbəbsiz gətirilmişdir. Biz lazım olanı edəcəyik.
Sələf Xəbər: Numan ibn Bəşir (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) rəvayət etmişdir: “Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət və lütf etməkdə bir bədənə bənzəyirlər. O bədəndə bir üzv xəstələnsə bədənin digər üzvləri bir-birlərini, xəstə əzanın acısına görəyuxusuzluq və hərarətlə təsirlənərlər.” (Səhihi-Müslim, Birr və Sıla Kitabı, Hədis: 2586 (Səhih-Buxari, Səlat Kitabı, 88; Səhih Müslim, Birr Kitabı, Hədis: 65 (2585))