Ərdoğan: “İraqın BMT Təhlükəsizlik Şurasına müraciəti doğru addım deyil”
Dekabr 12
16:04
2015
623 dəfə baxılıb
İraqın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına müraciəti doğru addım deyil.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Al Jezeera” telekanalına müsahibəsində deyib.
“Onların BMT-yə müraciət etməyə hüquqları var, lakin bu doğru addım deyil”, – deyə Ərdoğan bildirib.
Xatırladaq ki, dekabrın 4-də Türkiyə Mosul yaxınlığında İŞİD terror xəvaric qruplaşması ilə vuruşan kürd silahlılarına hərbi təlimlər keçən əsgərləri yeniləri ilə əvəzləyib. İraqın Baş naziri Heydər əl-Abadi isə Türkiyənin rəsmi Bağdaddan icazə almadığını bildirərək hərbçilərin çıxarılmasını tələb edib.
Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanları düz yola yönəltməklə fitnənin şərindən qorumasını diləyirik. Amin!