Ərdoğan: “İŞİD-ə ən böyük zərbələri Türkiyə vurub”
744 dəfə baxılıb
“İŞİD teror xəvaric qruplaşmasına dəstək verdiyimizi söyləyən alçaqlar oldu”.
“İŞİD teror xəvaric qruplaşması ilə mübarizə məsələsində digər dövlətlər heç bir addım atmayaraq və kəşfiyyat məlumatlarını paylaşmayaraq hər şeyi Türkiyənin etməsini gözləyib. Bu məsələdə əsassız ittihamlara məruz qaldıq. Türkiyəni İŞİD terror xəvaric qruplaşmasına yardım edən dövlət kimi göstərmə alçaqlığına gedənlər oldu”.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən Balkan ölkələri Baş Qərargah rəislərinin 10-cu konfransında çıxış edərkən deyib. O bildirib ki, İŞİD terror xəvaric qruplaşmasına ən böyük zərbələri məhz Türkiyə vurub: “Belə bir ölkə İŞİD terror xəvaric qruplaşmasına necə dəstək verə bilər? Biz İŞİD terror xəvaric qruplaşmasının əlindəki silahların kimə aid olduğunu bilirik. Bir çox dost ölkəyə “bu silahları oraya atmayın” dedik, həmin silahların yarısı İŞİD-ə, yarısı PYD-yə çatdı. Bu problemi təməlindən həll etmək lazımdır, yoxsa bölgəyə dinclik gəlməyəcək. Sərhədlərimizin o biri tərəfinin terror təşkilatlarının sığınacağı halına gəlməsinə qarşı zəruri addımlar atmaqda qərarlıyıq”.
R. T. Ərdoğan qeyd edib ki, Suriya məsələsi çoxdan regional problem olmaqdan çıxaraq qlobal təhdid halına gəlib: “Təəssüf ki, bu gün beynəlxalq təşkilatların 1990-cı illərdəki acı təcrübələrdən dərs almadığını görürük. Qonşumuz Suriya başda olmaqla, bölgədə baş verənlər bunun təzahürüdür. Təxminən 600 min insanın ölməsinə rəğmən lazımi addımlar atılmayıb. İraq, Yəmən, Ukrayna məsələlərində ümidverici gəlişmələr yaşanmır. Köç problemi daha çox insanı öz təsiri altına alacaq şəkildə genişlənir”.
Qeyd edək ki, Rusiya Türkiyəni İŞİD terror xəvaric qruplaşmasına dəstək verməkdə ittiham edir
Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə və buna səlahiyyətləri çatan kəslərə terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir! IX əsrin görkəmli alimi Müslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Müslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.
Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız, öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.
Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.
Necə ki, məşhur İslam alimi Zeyd əl-Mədxali (Allah ona rəhmət etsin) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir”. (“əl-İrhab”, 24)