Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Ərdoğan İŞİD-ə qarşı mübarizəni dəstəkləyib

Sentyabr 25
14:42 2014

“Sələf Xəbər” Akşam qəzetinə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İŞİD-in hədəflərinin vurulması ilə əlaqədar bunları bəyan edib: “Bu, xüsusilə bölgədəki terror təşkilatlarına qarşı bir tədbir kimi bizim də müsbət qarşıladığımız bir addımdır. Terrorla mübarizədə biz də öhdəliyimizə düşən vəzifəyə uyğun şəkildə addımlar atacağıq”

 Sələf Xəbər: Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.

İslam, müsəlman rəhbərlərinə, və buna səlahiyyətləri çatan kəslərə, terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir! 9-cu əsrin görkəmli alimi Muslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Muslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.

Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız onları öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.

Digər xəbərlər