Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Ərdoğan: “İŞİD İslama düşmən olan bir qruplaşmadır”

Fevral 02
17:33 2016

Terrora qarşı mübarizədə ayrı-seçkilik edilməməlidir. “PKK terror qruplaşmasıdır, amma PYD yox” deyə bilməzsiniz.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Çilidə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“PKK, PYD, DHKP-C və İŞİD–ə qarşı eyni şəkildə mübarizə aparırıq. Başqa ölkələrin də bu mübarizəyə qoşulmasını istəyirik. “PKK terror qruplaşmadır, PYD deyil” deyə bilməzsiniz. İslam dinini heç kim terrorla yanaşı qoya bilməz. İŞİD terror xəvaric qruplaşmasının yaxından-uzaqdan İslam dini ilə əlaqəsi yoxdur. Onlar İslama zərər verirlər. İslama düşmən olan bir qruplaşmadır”, – Ərdoğan vurğulayıb.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.

Digər xəbərlər