Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Ərdoğan: “İsrail atdığı addımlarla səhvə yol verir” – VİDEO

İyul 25
17:18 2017

“İsrail hökumətinin Qüdsdə tətbiq etdiyi məhdudiyyətlər qəbuledilməzdir”.

Selefxeber.az xəbər verir ki, “APA”nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

“İbadətə gələn müsəlmanları terrorçularla eyni tutmaq böyük yanlışlıqdır. Bu vəziyyəti yalnız gərginləşdirir, həmçinin bütün bölgəyə zərər verir. “Əl-Aksa” məscidi bütün müsəlmanların göz bəbəyidir. İsrail atdığı addımlarla səhvə yol verir və yalnızlığa gedir”, deyə Ərdoğan bildirib.

Qeyd edək ki, iyulun 14-də Qüdsdə “Əl-Aksa” məscidi yaxınlığında fələstinli gənc İsrail polislərinə hücum edib. Nəticədə 2 polis ölüb, bir polis yaralanıb. Bundan sonra İsrail hökuməti “Əl-Aksa” məscidinə girişdə yeni təhlükəsizlik qaydaları tətbiq edib. Bu, fələstinlilərin kütləvi etirazı ilə qarşılanıb.

Bu arada “Jpost” qəzeti “Əl-Aksa” məscidinin girişindəki metal detektorların götürüləcəyi haqqında məlumat yayıb.

“APA” xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti yazıb.

Məlumata görə, müvafiq qərar İsrail Təhlükəsizlik Kabineti tərəfindən qəbul olunub. Metal detektorları nəzarət kameraları əvəzləyəcək. Bununla əlaqədar İsrail polisi və təhlükəsizlik tədbirləri ilə məşğul olan şirkətlər arasında danışıqlar aparılıb.

Qeyd edək ki, iyulun 14-də Qüdsdə “əl-Əqsa” məscidi yaxınlığında fələstinli gənc İsrail polislərinə hücum edib. Nəticədə 2 polis ölüb, daha 1-i yaralanıb. Bundan sonra İsrail hökuməti “əl-Əqsa” məscidinə girişdə yeni təhlükəsizlik qaydaları tətbiq edib. Bu, fələstinlilərin kütləvi etirazı ilə qarşılanıb.

🎬

Digər xəbərlər