Ərdoğan Kəbədə – FOTO
1. 058 dəfə baxılıb
Ziyarət zamanı onu həyat yoldaşı və nazirlər müşayiət edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Məkkə şəhərini ziyarət edib.
“Sələf Xəbər”in “twasul.info” saytına istinadən verdiyi məlumata görə, Ərdoğan Kəbə evinə daxil olub. Ziyarət gecə saatlarında baş tutub. Ərdoğanla bərabər onun nümayəndə heyəti də Kəbənin içərisinə daxil olublar.
Ərdoğanı həyat yoldaşı Əminə Ərdoğan, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Energetika və Təbii Sərvətlər naziri Berat Albayraq və digər nazirlər müşayiət ediblər.
Sələf Xəbər: Uca Allah buyurur: “Həqiqətən, aləmlərdən ötrü bərəkət və doğru yolu göstərən rəhbər kimi insanlar üçün ilk qurulan ev Bəkkədədir (Məkkədir)! Orada aydın nişanələr – İbrahimın məqamı vardır. Oraya daxil olanın təhlükəsizliyi təmin olunar. Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur. Kim (bunu) inkar edərsə, (bilsin ki,) Allahın aləmlərə ehtiyacı yoxdur”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 96,97-ci ayələr)
“Uca Allah – yer üzündə Ona ibadət və Onu zikr etmək üçün qurduğu Məscidül-Haramın əzəməti haqqında xəbər verir. Bu məscid məxluqlara böyük fayda verir və iri miqyasda nemət bəxş edir. Onda Allahın sevimlisi İbrahimin (Ona salam olsun) yüksək məqamını və onun həcc ziyarəti zamanı etdiyi əməlləri və həmçinin bütün elçilərin ağası və başçısı olan Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) yüksək məqamını xatırladan aydın əlamətlər vardır. Bu məscid haram edilmiş torpaqda yerləşir və insan bu torpağa ayaq basdıqda, Allahın qədərinə, İslam şəriətinin və dininin ehkamlarına müvafiq olaraq, əmin-amanlığa qovuşur.
Məscidül-Haramın sadalanan ümumi özəlliklərini və onunla bağlı ikinci dərəcəli ehkamları nəzərə alaraq, Uca Allah, öz əməlinə məsuliyyət daşıyan və imkanı olan bütün kəslərin Məkkəyə həcc ziyarəti etməsini məcburiləşdirmişdir”. (Bax “Təfsir Əs-Saadi”)