Ərdoğan: Kral ortaq problemlərimizin həlli üçün fövqəladə səylər göstərmişdir
843 dəfə baxılıb
Türkiyə Prezidenti səfərini təxirə salıb dəfndə iştirak etmək üçün Səudiyyə Ərəbistanına yola düşdü.
“Sələf Xəbər” aa.com.tr-yə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Efiopiyanın paytaxtı Addis Ababada qonaq qaldığı oteldən ayrılarkən jurnalistlərə səyahət proqramına dair açıqlama verib. Cibuti və Somali səfərlərini müvəqqəti təxirə salaraq Səudiyyə Ərəbistanı Kralı Abdullah bin Abdüləzizin dəfn mərasimində iştirak etmək üçün Ər-Riyada gedəcəyini deyib.
Prezident Ərdoğanın, bu gün keçirəcəyi Somali səfərinin isə 25 Yanvara təxirə salındığı öyrənildi.
Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanı Kralı Abdullah bin Əbdüləzizin vəfatı münasibətilə başsağlığı verib.
Mesajına, “Səudiyyə Ərəbistanının Kralı, əziz qardaşım, Kral Abdullah bin Əbdüləziz əl Səudun vəfatını dərin bir məyyusluqla öyrəndim”- deyərək başlayan Prezident Ərdoğan, bunları qeyd edib:
“Mərhuma Allahdan rəhmət diləyir, qardaş Səudiyyə Ərəbistanı xalqına hüznümü yetirirəm.
Səudiyyə Ərəbistanı xalqının rifah və inkişafına böyük xidmətlər göstərmiş Kral Abdullah, İslam aləminin əməkdaşlıq və həmrəyliyini gücləndirmək yolunda da mühüm töhfələr verərək, başda Fələstin məsələsi və Suriyadakı vəziyyət olmaqla, İslam dünyasının və regionumuzun ortaq problemlərinin həlli üçün fövqəladə səylər göstərmişdir. Kral Abdullahın, həmçinin, İslam dünyasının iki mühüm şəhəri Məkkə və Mədinədə etdiyi xidmətlər, Türkiyə və bütün İslam ölkələrində böyük təqdir və minnətdarlıqla xatırlanacaqdır.
Türkiyə olaraq bizlər, Kral Abdullahın vəzifədə olduğu müddətdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində gördüyü misilsiz töhfələri də daim minnətdarlıqla xatırlayacağıq. Bu ağır gündə, köklü qardaşlıq əlaqələrimizin olduğu Səudiyyə Ərəbistanının kral ailəsinə və xalqına millətim və şəxsim adından dərin hüznlə başsağlığı verir və kədərimi bildirirəm”.
Sələf Xəbər: Uca Allah buyurur: “Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!” (Qurani-Kərim, “Ənbiya” surəsi, 35-ci ayə)