Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Ərdoğan: “Millətimizi bölənlərə fürsət verməyəcəyik”

Avqust 17
14:42 2015

“Bayrağımıza alternativ bayraq qəbul etməyəcəyik. Bir millət olaraq da millətimizi bölmək istəyənlərə fürsət verməyəcəyik”.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib. Hakkaridə PKK ilə atışmada şəhid olan Əhməd Çamurun Trabzondakı dəfn mərasimində iştirak edən Ərdoğan qeyd edib ki, terrorla üz-üzə qalıblar:

“Bunu birmənalı şəkildə bilməyiniz vacibdir ki, silah uzadan kim olursa olsun, polisin hər terrorçunu vurmaq haqqı var. Bu mübarizə davam etməlidir. Dövlət içində dövlət yaradılmasına imkan verməyəcəyik”.

Qeyd edək ki, PKK hər gün polis idarələrinə basqınlar təşkil edir. Türkiyə hökuməti Suruç bölgəsində baş verən terrordan sonra kürd silahlı birləşməsinə qarşı əməliyyatlara başlayıb.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz”, 7/120)

Digər xəbərlər