Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Ərdoğan “Onlar ateist ola bilərlər, ancaq…”

Yanvar 17
14:53 2015

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan redaksiya heyəti güllələnən Fransanın satirik jurnalı “Charlie Hebdo”nu sərt tənqid atəşinə tutub.

“Sələf Xəbər” Avropa.info-ya istinadən bildirir ki, Ankarada iş adamları ilə görüşdə Türkiyə lideri dərgini nifrəti qızışdırmaqda və irqçilikdə ittiham edib.

Türkiyə Prezidenti “Bu jurnal müsəlmanlar və xristianlar haqda özünün təxribatçı rəsm və yazılarla pis ad çıxarıb. Bu azadlıq adlanmır. Bu – terror və başqa insanların şəxsi dünyasına müdaxilə deməkdir. Biz dərk eləməliyik ki, hüdudsuz azadlıq yoxdur” – deyib.

Onun sözlərinə görə, belə hərəkətlərə görə qanunla cəza nəzərdə tutulmalıdır.
“Onlar ateist ola bilərlər. Ancaq bu zaman bizim dinimizə də hörmət etməlidirlər”, – deyərək Rəcəb Tayyib Ərdoğan əlavə edib.

 Sələf Xəbər: Uca Allah buyurur: “Onlardan (nə üçün istehza etdiklərini) soruşsan, deyərlər: “Biz, sadəcə, boş-boş danışıb zarafatlaşırdıq!” De: “Allaha, Onun ayələrinə və Onun Elçisinə istehzamı edirsiniz? Üzrxahlıq etməyin! İman gətirdikdən sonra artıq kafir oldunuz”. Sizlərdən bir qismini bağışlasaq da, digərlərinə günahkar olduqlarına görə əzab verərik.” (Qurani-Kərim, “Tövbə” surəsi, 65,66-cı ayələr)

“Allaha və Onun Elçisinə (Allahın ona salavat və salamı olsun) istehza etmək kafirlikdir və insanı İslamın ağuşundan çıxardır, çünki din – Allaha ehtirama, Onun dininə və elçilərinə hörmətlə yanaşmağa əsaslanır. Onlara rişxənd etmək İslam dininin özülünə uyğun gəlmir və ona tamamilə ziddir.” (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər