Ərdoğan: “Putin çox gözəl bilir ki, biz arxadan bıçaq vurmarıq!”
815 dəfə baxılıb
“Putin məni yaxşı tanıyır”.
“Sələf Xəbər” Ölkə.az-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyıb Ərdoğan Rusiya ilə gərginlik barədə açıqlamalarla çıxış edib.
Onun sözlərinə görə, xəbərdarlıqlara fikir verməyən bir pilotun səhvi ucbatından baş verən hadisə iki ölkə arasındakı əlaqə və strateji münasibətlərə təsir etməməlidir. O, Rusiya ilə gərginliyin qısa müddət ərzində aradan qalxacağına ümid etdiyini dilə gətirib.
“Heç bir ölkə bölgəmizdə gərginliyin artmasını istəmir. Kimə məxsus olduğu bilinməyən təyyarənin dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, sərhədi pozması nəticəsində bu cür hadisə yaşanıb. Bu vəziyyətin yaranması düşündürücü və təəssüfedicidir. Belə hadisənin olmasını istəməzdik”, – deyə Ərdoğan qeyd edib.
Ərdoğan mətbuatda yayılan “Ərdoğan və Putinə tələ quruldu?” tipli xəbərlərə münasibət bildirərək qeyd edib ki, bu məlumatların nəyə əsaslanaraq yazıldığını başa düşmür.
Türkiyə prezidenti Vladimir Putinin sərt açıqlamalarına da toxunub.
“Putin məni yaxşı tanıyır. O, çox gözəl bilir ki, biz arxadan bıçaq vurmarıq. Mövcud vəziyyətin daha da gərginləşməsinə imkan vermədən diplomatik vasitələrlə məsələni həll etmək, münasibətlərimizi bərpa etmək lazımdır”, – deyə dövlət başçısı vurğulayıb.
Xatırladaq ki, noyabrın 24-də Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcısı Suriya ilə sərhəddə Rusiyaya məxsus bombardmançı təyyarəni vurub. Türkiyə tərəfi Su-24 təyyarəsinin sərhədi pozduğuna görə vurulduğunu bəyan edib.
Rusiya tərəfi isə təyyarənin Suriya ərazisində vurulduğunu iddia edir.
Sələf Xəbər: Uca Allah buyurur: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 120-ci ayə)
“Qeyri-müsəlmanların müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini xatırlatdıqdan sonra Uca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm onları və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. Allah-Təala müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, bu zaman heç kim onlara zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər”. (Bax: “Təfsir Əs-Saadi”)