Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Ərdoğan: “Putin Suriyanın işğalçısıdır”

Fevral 08
16:53 2016

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya problemini şərh edib.

“Sələf Xəbər”Ölkə.az-a istinadən xəbər verir ki, Türkiyə prezidenti Suriyadakı son durumu dəyərləndirib.

Hələb ətrafındakı əməliyyatlardan danışan Ərdoğan Putini sərt tənqid atəşinə tutub.

“Hələbin Əsəd rejiminin əlinə keçməsi yeni köç dalğası yaratdı. Bu gün daha on minlərlə suriyalı Türkiyəyə sığınmaq istəyir. Bütün proseslərin əsl günahkarı Rusiya və onun rəhbəri Putindir. Axı onların Suriyada nə işi var? Onlar onsuzda Suriyanın işğalçılarıdır”, – deyə Ərdoğan bildirib.

Sələf Xəbər: Uca Allahdan müsəlmanlara kömək etməyini və cinayətkarları cəzalandırmağını diləyirik!

Digər xəbərlər