Ərdoğan: “Putinə demişdim ki, orada türkmənlər yaşayır”
694 dəfə baxılıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putini Suriyanın şimalında yaşayan türkmənlər barədə əvvəlcədən məlumatlandırıb.
“Sələf Xəbər” APA-ya istinadən məlumat verir ki, bu barədə Ərdoğan Bursada, Ticarət Sənaye Palatasının iclasında deyib.
“Rusiya tərəfi iddia edir ki, onların türkmənlər barədə məlumatları olmayıb. Bu belə deyil. Mən şəxsən cənab Putinə demişdim ki, Bayırbucakda “İŞİD” yoxdur, orada türkmənlər yaşayır. İndi onları öldürürlər. Onlar bizim sərhədə gələrək deyirlər ki, ölsək də öz torpağımızda qalmaq istəyirik. Bunların hamısını başa saldım”, – deyə Ərdoğan bildirib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin dekabrın 17-dəki mətbuat konfransında Suriya türkmənləri barədə məlumatının olmadığını bildirib.
Sələf Xəbər: Uca Allah buyurur: “…Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür”. (Qurani-Kərim, “Maidə” surəsi, 32-ci ayə)