Ərdoğan Putinin dəvətini rədd edib
1. 822 dəfə baxılıb
Türkiyə prezidenti: Soyqırım işlədən adamla Türkiyə heç vaxt yan-yana bir masada əyləşməz.
“Sələf Xəbər” Sputnik.az-a istinadən bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanına səfəri öncəsi Əl-Ərəbiyyə telekanalına özəl müsahibə verib.
Ərdoğan müsahibəsində Rusiya və Suriya ilə bağlı maraqlı detallara toxunub.
Bağdadda yaradılan, İraq, İran, Rusiya və Suriyanı da özündə birləşdirən “Terror əleyhinə məlumat bürosu”na Putindən rəsmi dəvət aldığını deyən Ərdoğan təkliflə razılaşmadığını söyləyib:
“Bu qurum necə ədalətli ola bilər axı? Dünyanın qəbul etmədiyi Əsəd rejimi ilə eyni masa ətrafında necə oturmaq olar? Öz xalqına qarşı soyqırım işlədən adamla Türkiyə heç vaxt yan-yana gəlməz. Ona görə də biz bu dəvəti rədd etdik”.
Ərdoğan daha sonda əlavə edib: “Rusiya İŞİD terror xəvaric qruplaşmasını bombaladığını deyir. Yalan danışırlar, əlimizdə sübutlar var. Onların kəşfiyyat xidməti varsa, bizim də var. Kim harada nə edir, hamısını çox yaxşı bilirik. Günahsız insanlar mərhəmətsizcəsinə öldürülür”.
Sələf Xəbər: Uca Allah buyurur: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 120-ci ayə)
“Qeyri-müsəlmanların müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini xatırlatdıqdan sonra Uca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm kafirləri və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. O, müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, onda heç kim onlara zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər”. (Bax: “Təfsir Əs-Saadi”)