Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Ərdoğan: “PYD-YPG də İŞİD kimi atəşkəsə daxil edilməməlidir”

Fevral 25
17:23 2016

“Suriyadakı atəşkəsi dəstəkləyirik, amma atəşkəs İŞİD terror xəvaric qruplaşması və “Ən-Nüsra” kimi, PYD-YPG-yə də şamil olunmamalıdır, çünki PYD-YPG də terror təşkilatıdır”.

“Sələf Xəbər”in APA-ya istinadən xəbərinə görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada muxtarlarla 21-ci görüşündə çıxış edərkən deyib. O, Ankarada fevralın 17-də baş verən terror aktını PKK, PYD və YPG-nin həyata keçirdiyini söyləyib: “Bunların terror təşkilatı olduğunu anlamaq üçün bombaların başqa paytaxtlarda da partlaması lazımdır?”

R. T. Ərdoğan ötən ilin noyabrında Rusiya hərbi təyyarəsinin Türkiyə tərəfindən vurulması məsələsinə də toxunub: “Bizə deyirlər ki, təyyarəni vurmasaydınız, məsələlər bu səviyyəyə gəlməzdi. Heç kim Rusiyaya demir ki, niyə Türkiyənin hava məkanını pozursan? Həm də bir neçə dəfə. Dəfələrlə xəbərdarlıq etmişdik, amma nəzərə alınmadı. Belə bir hərəkət Rusiyanın özünə qarşı edilsə, onlar nə edəcək? Həmin təyyarəyə “buyur, keç” deyəcəklər? Onlar tarixlərində, hətta mülki təyyarə də vurublar”.

R. T. Ərdoğan Rusiyanın və rus xalqının düşməni olmadıqlarını vurğulayıb: “Rusiya ilə dostluğumuz çox yüksək səviyyədə idi, Strateji Əməkdaşlıq Şurası yaradılmışdı. Ticarətimiz 35 milyard dollara çatmışdı və 100 milyarda çatdırmaq planlaşdırılırdı. 4 milyon rusiyalı turist Türkiyəyə gəlirdi. Biz Rusiyaya qarşı tətbiq olunan sanksiyalara qoşulmamışdıq. Belə bir dövrdə bizə qarşı bu hərəkətin edilməsi qəbuledilməzdir. Rusiya iki pilota görə Türkiyə kimi dostunu itirdi”.

R. T. Ərdoğanın sözlərinə görə, Suriya Rusiya üçün maraqlarının olduğu uzaq diyar ola bilər, Türkiyə üçünsə həyati mənafelərinin olduğu bir ölkədir.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)

Digər xəbərlər