Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Ərdoğan: “Rusiya İŞİD-lə savaşmır… özünə məkan hazırlayır”

Yanvar 13
16:38 2016

“İran məzhəbçiliyi yaymaqla, bölgədə fitnə çıxarmaqla məşğuldur”.

“Rusiya hazırda Suriyanın şimalında butik Suriya dövləti qurmağa cəhd etməklə özünə məkan hazırlayır. Soydaşlarımızı, türkmən qardaşlarımızı bombalayır”.

“Sələf Xəbər” Sputnik.az-a istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

Ötən gün İstanbulun Sultanəhməd meydanında baş verən partlayış dünya mətbuatında da geniş işıqlandırılıb.

Mənfur hücumdan sonra mətbuata açıqlama verən dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, İŞİD-lə PKK və PYD-ni eyni gördüklərini, hər üç terror təşkilatı ilə mübarizələrinin davam edəcəyini söyləyib.

Çıxışının davamında Ərdoğan, İŞİD terror xəvaric qruplaşması ilə mübarizə apardıqlarını iddia edən Rusiya və İranın ünvanına da sərt ismarıc göndərib:

“Rusiya İŞİD terror xəvaric qruplaşması ilə savaşmır. Onlara qarşı mübarizə aparmır. Tam əksinə, Rusiya hazırda Suriyanın şimalında butik Suriya dövləti qurmağa cəhd etməklə özünə məkan hazırlayır. Soydaşlarımızı, türkmən qardaşlarımızı bombalayır. Qaldı ki, İrana, bu ölkə məzhəbçiliyi yaymaqla, bölgədə fitnə çıxarmaqla məşğuldur. Və bu çox təhlükəlidir. Məhz öz çirkin niyyətini həyata keçirmək istəyən İran, Səudiyyə Ərəbistanı və körfəz ölkələri ilə münasibətləri gərginləşdirməyə can atır”.

Sələf Xəbər: XX əsrin məşhur İslam alimi ibn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir”. (“Fatava əş-şariyyə fi kadayyə əl-asriyyə”, 47)

Uca Allahdan bütün müsəlmanları düz yola yönəltməklə fitnənin şərindən qorumasını diləyirik. Amin!

Digər xəbərlər