Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Ərdoğan: “Səfirliyi həmin şəxsin terrorçu olduğu barədə xəbərdar etmişdik”

Mart 24
15:46 2016

“Brüsseldə terror aktı törədən şəxs 2015-ci ildə Türkiyədən deportasiya edilib”.

Brüsseldə terror aktı törətməkdə şübhəli bilinənlərdən biri 2015-ci ildə Türkiyədən deportasiya edilib.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

“Brüsseldəki terrorçulardan biri 2015-ci ildə Qaziantepdə saxlanılıb, iyulun 14-də ona qarşı deportasiya proseduru başlanılmışdı. Bununla əlaqədar biz Belçika səfirliyini məlumatlandırmışdıq, həmin şəxsin terrorçu olduğu barədə xəbərdarlıq etmişdik. Buna baxmayaraq belçikalılar həmin şəxsi sərbəst buraxıblar və onun öz istəyi ilə Niderlanda göndəriblər”, deyə Ərdoğan bildirib.

Martın 22-də Brüsseldə ard-arda bir neçə terror aktı baş verib. “Zaventem” beynəlxalq hava limanında və metroda baş verən partlayışlar nəticəsində 34 nəfər ölüb, 250 nəfər yaralanıb. Hadisəyə görə məsuliyyəti İŞİD terror xəvaric qruplaşması öz üzərinə götürüb.

Sələf Xəbər: Şeyx ibn Useymin (Allah ona rəhmət etsin) deyirdi: “Bunun Allah yolunda cihad olduğunu iddia edərək bir sıra insanlar arasında partlayışlar törədənlər, əslində İslama və müsəlmanlara xeyirdən daha çox ziyan verirlər. Onlar hansı nəticələr əldə edib, sualım sizədir, qeyri-müsəlmanlar İslama daha yaxın oldularmı və yaxud onlar İslamdan daha çox uzaqlaşdılar?! İnsanın bu vahimə salan və dəhşətli qrupa aid edilməsin deyə az qala öz üzünü örtməsi məgər İslamdandır?! İslam bütün bunlardan uzaqdır, İslam bütün bunlardan uzaqdır!” (Şərhu usul ət-təfsir)

Digər xəbərlər