Ərdoğan sərt bəyanat verib
Oktyabr 29
16:02
2015
891 dəfə baxılıb
“Türkiyə Suriyada muxtariyyət yaradılmasına yol verməyəcək”.
“Sələf Xəbər”in Lent.az-a istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Təll-Abyad şəhərində kürd muxtariyyətinin yaradılmasının qarşısını almaq üçün Türkiyə hərbi əməliyyatların aparılması da daxil olmaqla, bütün imkanlardan istifadə edəcək”, – deyə Ərdoğan bildirib.
Rəsmi Ankaranın qənaətinə görə, bu addım Türkiyənin milli təhlükəsizliyinə təhlükə yaradır.
“Türkiyə heç kimin icazəsindən asılı deyil. Bizə nə lazımdır, onu da edəcəyik”, – Ərdoğan əlavə edib.
Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanları düz yola yönəltməklə fitnənin şərindən qorumasını diləyirik. Amin!