Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Ərdoğan Səudiyyə Ərəbistanına gedir

Dekabr 28
16:21 2015

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz əs-Səudun dəvəti ilə 29-30 dekabr tarixlərində Ərəbistana səfər edəcək.

“Sələf Xəbər” bu barədə http://twasul.info saytına istinadən xəbər verir.

Görüşdə ölkələr arasında münasibətlər, regionda baş verən mühüm hadisələr, Suriya problemi, İran, İraq, Suriya və Rusiya birliyinin körfəz ölkələri və Türkiyə üçün yaratdığı təhlükələr, bu təhlükənin qarşısının alınması yönündə birgə fəaliyyət planı və digər aktual mövzular ətrafında müzakirələr aparılacaq.

Sələf Xəbər: Uca Allah buyurur: “Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!” (Qurani-Kərim, “Maidə” surəsi, 2-ci ayə)

Müsəlmanların bütün xeyirli işlərində Allahdan müvəffəqiyyət diləyirik. Amin!

Digər xəbərlər