Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Ərdoğan Səudiyyə Ərəbistanına səfər edib – FOTO

Fevral 14
16:59 2017

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına səfər edib.

Selefxeber.az-ın məlumatına görə “Avropa.info” xəbər verir ki, Ər-Riyaddakı hava limanında Ərdoğanı Səudiyyə kralı Salman bin Abduləziz, Xarici İşlər naziri Adil əl-Cübeyr və digər rəsmilər qarşılayıb.

Ərdoğan ilk olaraq Riyaddakı Kral Otelində Səudiyyə Ərəbistanının Vəliəhdi, Şahzadə və Daxili İşlər naziri Məhəmməd bin Nayifi qəbul edib. 25 dəqiqə sürən görüş bağlı qapılar arxasında gerçəkləşdirilib.

Qeyd edək ki, Ərdoğanı səfərdə həyat yoldaşı Əminə Ərdoğan, Baş Qərargah rəisi General Hulusi Akar, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Enerji və Təbii Qaynaqlar Naziri Albayrak, İqtisadiyyat naziri Nihat Zeybəkci, Milli Müdafiə naziri Fikri İşıq ilə MİT rəhbəri Hakan Fidan müşayət edir.

📷

haber_haber-2

haber_haber-1

Digər xəbərlər