Ərdoğan: “Səudiyyəni günahlandırmağı doğru hesab etmirəm”
838 dəfə baxılıb
Türkiyə Prezidentiı Rəcəb Tayyib Ərdoğan Məkkədə yaşanan faciəylə əlaqədar media qarşısında açıqlamalar verib.
“Sələf Xəbər” “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ərdoğan Məkkədə ölən 753 zəvvarın 14-nün Türkiyə vətəndaşı olduğunu bildirib və deyib:
“Səudiyyə rəhbərliyinin həcc təşkilatçılığıyla əlaqədar planla işlədiklərini bilirəm. Nəqliyyatla bağlı nə kimi işlər gördüklərini də çox yaxşı bilirəm. Hacı namizədlərinin tələblərini qarşılaya bilmədiklərinə görə kədərləndiklərini də çox yaxşı bilirəm”.
Prezident baş verən faciəyə görə Səudiyyə hakimiyyətini qınamamağı tövsiyə edib:
“Oradakı inşaat işlərinin azaldılması lazım idi. Buna da mənfi yanaşmalar oldu. Kimisi rəhbərlik dedi, kimisi təşkilatda çətinliklər var dedi. Mən bu yanaşmaları doğru saymıram. Dünyanın hər yerindəki tədbirlərdə belə şeylər olur. Bunlara baxarkən stəkanın dolu tərəfindən baxmaqda fayda var. Bu mövzuda Səudiyyə Ərəbistanını birbaşa günahlandırmağı doğru hesab etmirəm.
Hər ölkənin buna bənzər bəzi əskikləri ola bilir.
Asan deyil, 4 milyondan artıq zəvvar eyni vaxtda Məkkəyə gedir.
Belə bir şeyi könlümüz əsla qəbul etməz. Rəbbimiz təkrarından qorusun deyirik. Tədbirlər olacaq, amma burada Səudiyyə Ərəbistanına qarşı təcavüzkar davranışları doğru saymıram”.
Sələf Xəbər: Uca Allah buyurur: “Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!” (Qurani-Kərim, “Ənbiya” surəsi, 35-ci ayə)
“Ölüm bütün məxluqların nəsibidir. Bu bir piyalədir ki, onu hər kəs, hətta o, uzun ömür yaşasa da belə, içməlidir. Fövqəluca Allah Öz qullarını yerdə xəlq etmişdir, onlara hökmlər və qadağalar nazil etdikdən sonra isə onları xeyir və şərlə, var-dövlət və yoxsulluqla, qüdrət və alçaldılma ilə, həyat və ölümlə imtahana çəkir. Uca Allah buyurur: “Mülk Əlində Olan nə qədər xeyirxahdır. O hər şeyə qadirdir. Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır!” (Qurani-Kərim, “Mülk” surəsi, 1,2-ci ayələr)