Ərdoğan son sözünü deyib
1. 160 dəfə baxılıb
Türkiyə prezidenti parlamenti kürdlərin PKK qrupu ilə təmasa girməməyə çağırıb.
“Türkiyə hədəflərinə basqınların davam etdiyi bir vaxtda PKK ilə sülh prosesini davam etdirmək mümkün deyil”.
“Sələf Xəbər” Anspress.com-a istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğanın bəyanatı Brüsseldə keçirilən NATO ölkələrinin fövqəladə toplantısında Türkiyənin İŞİD terror xəvaric qruplaşması və kürd silahlılarına qarşı hərbi addımları müzakirəsi vaxtı səslənib.
Türkiyə prezidenti parlamenti kürdlərin PKK qrupu ilə təmasa girməməyə çağırıb. Türkiyə ötən həftə ərzində bir sıra hücumlara məruz qalıb.
Ankara Suriya ilə sərhəd bölgəsində “azad zona”nın yaradılmasını istəyir. Əvvəllər İŞİD terror xəvaric qruplaşmasına qarşı koalisiya qüvvələrinin kampaniyasına həvəs göstərməyən Türkiyə, hazırda Suriyada yerləşən İŞİD terror xəvaric qruplaşmasına və İraqın şimalındakı PKK terrorçularına qarşı reydlərə başlayıb.
Fövqəladə toplantı
Brüsseldə keçirilən görüş Türkiyə tərəfindən çağırılıb. Alyansın tarixində beşinci dəfədir ki, üzv dövlət belə bir görüş istəyir.
Üzv ökələr öz ərazi bütövlüyü və ya təhlükəsizliyi təhlükə altında olarsa belə bir sammit çağıra bilər.
ABŞ və Türkiyə Suriya ilə sərhəd boyu “İŞİD-dən azad zona”nın yaradılması planları üzərində işləyirlər.
Zona daxilində İŞİD terror xəvaric qruplaşması ilə yanaşı PKK mövqelərinin hədəflənəcəyi nəzərdə tutulur. PKK ilə İŞİD-i terrorçu tanıyan Ankara onlar arasında fərq görmədiyini bildirir.
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan deyib ki, “təhlükəsizlik zonasının” yaradılması Suriya qaçqınlarının qaytarılmasına zəmin yarada bilər.
Zərbələr
Ötən həftə Türkiyənin Baş naziri Əhmət Davudoğlu Türkiyə təyyarələrinin ölkənin təhlükəsizliyini təmin etmək üçün Suriyada İŞİD terror xəvaric qruplaşması və İraqın şimalındakı kürd silahlılarının mövqelərinə qarşı hava hücumları həyata keçirdiyini deyib.
Bu 2013-cü ildə elan olunmuş atəşkəsdən sonra PKK hədəflərinə ilk həmlədir. Hücumlar Suruç şəhərində 32 adamın ölümü ilə nəticələnən bomba partlayışı və sərhəd bölgəsində silahlılarla atışmadan sonra başlayıb.
PKK separatçıları ötən çərşənbə günü iki türk polisinin öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.
Suriya münaqişəsi zamanı Türkiyədə 1,8 milyona yaxın suriyalı qaçqın yerləşdirilib. 1984-cü ildən bəri PKK terrorçuları ilə döyüşlərdə 40 minə yaxın insan həyatını itirib.
Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanların mənəvi və dünyəvi vəziyyətini düzəltməyini diləyirik. Amin!