Ərdoğan: “Suriyada rolumuzun məhdudlaşdırılmasına imkan vermək fikrində deyilik”
633 dəfə baxılıb
“Bayırbucaq tükmənləri zülm altında əzilərkən biz üzümüzü başqa yönə çevirə bilmərik. Əlbəttə, əlimizdən gələn yardımı göstərəcəyik”.
“Sələf Xəbər”in APA-ya istinadən xəbərinə görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balıkəsirdə çıxış edərkən deyib.
Rusiya ilə münasibətlərdə yaranmış böhrana toxunan R. T. Ərdoğan noyabrın 30-da Parisdə keçiriləcək iqlim problemlərinə dair beynəlxalq toplantıda Rusiya Prezidenti Vladimir Putinlə görüşmək istədiyini söyləyib: “Münaqişə heç kimə xeyir gətirməz. Rusiya Türkiyəyə lazımdır, Türkiyə də Rusiyaya lazımdır”.
Bununla yanaşı, R. T. Ərdoğan Rusiyanın Suriya siyasətini tənqid atəşinə tutmağa davam edib. O, Rusiyanın min kilometrlərlə uzaqdan gəlib Suriya məsələsinə müdaxilə etdiyini söyləyib: “Deyirlər ki, bizi dəvət ediblər. Hər dəvəti qəbul etmək zorundasınız? Biz onların əsl məqsədini bilirik. Bizim Suriya ilə 911 kilometr sərhədimiz var, orada rolumuzun məhdudlaşdırılmasına imkan vermək fikrində deyilik”.
Sələf Xəbər: Uca Allah buyurur: “Möminlər, həqiqətən də qardaşdırlar”. (Qurani-Kərim, “Hucurat” surəsi, 10-cu ayə)
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Kim bir möminin dünya kədərlərindən (sıxıntılarından) birini azaldarsa, Allah-Təala Qiyamət günü onun kədərlərindən (sıxıntılarından) birini azaldar. Kim çətinliyə düşənin işini asanlaşdırarsa, Allah-Təala də onun işini dünyada və axirətdə asanlaşdırar. Allah, öz qardaşına kömək edən bəndənin köməyində olar”. (Müslim, 4\ 2074\ № 2699)