Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Ərdoğan: “Türkiyə Krımın qeyri-qanuni işğalını tanımır”

Mart 10
17:42 2016

“Bunun beynəlxalq hüquqda yeri varmı?”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Ukraynanın ərazi bütövlüyünə dəstək verdiyini bildirib.

“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, Ərdoğan Rusiyanı işğalçılıqda ittiham edib.

“Türkiyə Krımın qeyri-qanuni işğalını tanımır və bundan sonra da tanımayacaq. Güclü bir Ukrayna regional sülhün zəmanətidir. Krımın işğaldan qurtarması üçün çalışacağıq. “Suriya rejimi biz çağırdı” deyərək Suriyaya girən Rusiyanı Ukraynaya kim çağırıb? Bunun beynəlxalq hüquqda yeri varmı? Rusiya düşünür ki, “güclüyəm, haqlıyam” anlayışı keçərlidir.Onlar haqlı deyil, ola da bilməzlər”, – deyə Ərdoğan qeyd edib.

Sələf Xəbər: İslam əxlaqı prinsiplərinə görə xoşun gəlmədiyin insana, yaxud topluma qarşı haqsızlıq etmək əsla yolverilməzdir.

Uca Allah buyurur: “Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməkdə) sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!” (Qurani-Kərim, “əl-Maidə” surəsi, 8-ci ayə)

Digər xəbərlər