Ərdoğan: Türkiyə Yəməndəki hərbi əməliyyata dəstək verməyə hazırdır
730 dəfə baxılıb
“Türkiyə Yəməndə qiyamçılara qarşı hərbi əməliyyat keçirən qüvvələrə logistik dəstək verməyə hazırdır”.
“Sələf Xəbər”in Trend-ə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı martın 25-də husilərin Yəməndə ölkənin cənub regionlarına irəliləməsinin qarşısını almaq və Prezident M.Hadinin yenidən hakimiyyəti ələ keçirməsinə kömək etmək məqsədilə Yəmənə hava hücumlarına başlayıb. Səudiyyə Ərəbistanı 10 ərəb ölkəsinin bu əməliyyatı dəstəklədiyini bildirib. Həmçinin ABŞ husilərə qarşı hücumları dəstəkləyib.
Husilər ötən ilin sentyabrından Yəmənin paytaxtı Səna şəhərinə hücum edib, M.Hadi hakimiyyətini devirərək paytaxtı nəzarətə götürüblər. Prezident keçən ay ölkənin cənubunda yerləşən Ədən şəhərinə sığınıb. Husilər cənub regionlarına irəlilədiyinə görə onun ölkədən çıxdığı bildirilir.
Xatırladaq ki, M.Hadi BMT Təhlükəsizlik Şurası və Ərəb Dövlətləri Liqasından husiləri dayandırmaq üçün hərbi yardım istəmişdi.
Sələf Xəbər: Uca Allahdan bütün dünyadakı müsəlmanların vəziyyətini yaxşılaşdırmasını diləyirik!
Amin!