Ərdoğan: “Türkiyədə yeni çevriliş cəhdi ola bilər”
708 dəfə baxılıb
“Hərbi çevrilişə cəhd nəticəsində qiyamçılardan əlavə 246 nəfər ölüb, 2185 nəfər yaralanıb.
Selefxeber.az-ın APA-ya istinadən məlumatına görə “TASS” agentliyi bildirir ki, bunu “Reuters”ə müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.
Prezident qeyd edib ki, 103 general daxil olmaqla 4000-dən çox adam həbs edilib.
Onun sözlərinə görə, çevriliş cəhdindən sonra polis, ümumilikdə, 10 400-dən çox şəxsi saxlayıb.
Ərdoğan ölkədə yeni çevriliş cəhdinin ola biləcəyini istisna etməyərək, hazırkı şəraitdə bunun heç də asan olmayacağını qeyd edib.
Türkiyə prezidenti çevrilişə cəhddən əvvəl xüsusi xidmət orqanlarının işində nöqsanların və boşluqların olduğunu etiraf edib.
Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrində yeni struktur yaradılacaq.
Prezidentin fikrincə, ölkədə üç ay müddətinə elan olunmuş fövqəladə vəziyyət rejiminin müddəti başa çatdıqdan sonra onun uzadılması üçün heç bir maneə yoxdur. Ərdoğan, həmçinin, Konstitusiyaya dəyişikliklərin edilməsini istisna etməyib.
Sələf Xəbər: Müsəlmanların bütün işlərində Allahdan müvəffəqiyyət diləyirik.