Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Ərdoğan Türkiyənin və terrorçuların itkilərini açıqladı

Mart 29
16:44 2016

Ərdoğan ötən ilin iyulundan bəri dövlətin və terrorçuların məruz qaldığı itkiləri açıqlayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK terrorunun yenidən aktivləşdiyi ötən ilin iyulundan bəri aparılan əməliyyatlarda dövlətin və terrorçuların itkilərini açıqlayıb.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan Ankarada Hərbi Akademiyaların Hərb Oyunları və Mədəniyyət Mərkəzində silahlı qüvvələrin zabitləri qarşısında çıxış edib. O, 2015-ci ilin iyulundan bəri PKK ilə mübarizədə 215 əsgər, 133 polis və dövlətə kömək edən 7 qorucunun (yerli silahlı sakin) – ümumilikdə 355 nəfərin şəhid olduğunu bildirib. Eyni müddətdə daxildə və xaricdə ölən, yaralanan və sağ yaxalanan terrorçuların sayı 5 min 359 nəfər olub.

“Bilirsiniz, bizim millətimiz üçün “əsgər millət” deyirlər. Tarix boyunca hərbi uğurlarımızla, mübarizəmizlə, qəlibinə sığmayıb yeni arayışlar içində olmağımızla ön plana çıxmışıq. Dövlət qurmaq, dövləti böyütmək, yaşatmaq məsələsindəki məharətimizi prezident emblemini rəmzi mənalarıyla əhatə edən ulduzlarımız açıqca ortaya qoyur. Könül bağımızın olduğu coğrafiyaların heç birinə laqeyd qalmaq haqqına sahib deyilik. Məsələn, Balkanlarda, Orta Şərqdə, Şimali Afrikada və Qafqazdakı hər hansı hadisəyə uzaq qalmağa, arxamızı dönməyə haqqımız yoxdur. Ata yurdumuz Orta Asiyadakı, qəlbləri bizimlə çarpan Afrikadakı, Cənubi Asiyadakı qardaşlarımızı yalnız buraxa bilmərik. Tarixin üzərimizə yüklədiyi bu məsuliyyəti birlikdə yerinə yetirəcəyik”, – deyə Türkiyə prezidenti vurğulayıb.

R. T. Ərdoğan indiyədək terror təşkilatları ilə əlaqəsi olan 38 min xarici ölkə vətəndaşının Türkiyəyə girişinə qadağa qoyduqlarını, bunlardan 3 min 500 nəfəri yaxalayaraq deportasiya etdiklərini, həbs olunanların sayının minə yaxın olduğunu söyləyib.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)

Digər xəbərlər