Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Ərdoğan ümrə ziyarətində – VİDEO

Mart 02
20:07 2015

Xəbərdarlığa baxmayaraq, zəvvarlar prezidenti alqışlarla qarşılayıb.

Səudiyyə Ərəbistanında rəsmi səfərdə olan Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ümrə ziyarəti üçün Məkkə şəhərinə gedib.

“Sələf Xəbər” “A24.az”-a istinadən məlumat verir ki, Ərdoğan və bərabərindəki heyət geniş təhlükəsizlik tədbirləri altında Hərəmi Şərifə daxil olub.

Bütün xəbərdarlıqlara baxmayaraq, zəvvarlar Türkiyə Prezidentini alqışlarla qarşılayıb.

Bundan başqa bəzi zəvvarlar Ərdoğan üçün dəstək şüarları səsləndiriblər.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanla yanaşı ölkənin birinci xanımı Əminə Ərdoğan, baş nazirin müavini Yalçın Akdoğan və Numan Kurtulmuş, İqtisadiyyat naziri Nihat Zeybekçi və Xarici İşlər naziri Mövlud Çavuşoğlu da ümrə ziyarətində olublar.

🎬

Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Bir ümrə, digər ümrəyə qədər baş verən günahların bağışlanması deməkdir”. (əl-Buxari)

Digər xəbərlər