Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Ərdoğan və Nazarbayevdən İslamla bağlı bəyannamə

Aprel 14
16:49 2016

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev İslam layihəsi ilə bağlı birgə bəyannamə elan ediblər.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, tərəflər arasında razılaşdırılan sənəd İƏT liderlərinin 13-cü sammitində elan edilib.

Ərdoğan və Nazarbayevin birgə bəyannaməsində İƏT ölkələrini İslam yaxınlaşmasını dəstəkləməyə və müsəlman cəmiyyəti üçün gələcəkdə buna yeni siyasi platforma kimi baxmaq çağırışı edilib:

“İslam həmrəyliyinə sədaqətimizi qətiyyətlə təsdiq edirik. İƏT-in üzv dövlətlərini İslam dünyasında yeni strategiya hazırlamağa dəvət edirik. İslam ölkələrini beynəlxalq münasibətlərdə gərginliyin azaldılmasında və konkret məsələlərin qəbulunda tövsiyələrini verməyə səsləyirik”.

Qeyd edək ki, Nazarbayev və Ərdoğanın tədbirə əl-ələ gəlmələri dünya mediasının diqqətini çəkib.

Sələf Xəbər: Numan ibn Bəşir (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) rəvayət etmişdir: “Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət və lütf etməkdə bir bədənə bənzəyirlər. O bədəndə bir üzv xəstələnsə, bədənin digər üzvləri bir-birlərini, xəstə əzanın acısına görə yuxusuzluq və hərarətlə təsirlənərlər”. (Səhihi-Müslim, Birr və Sıla Kitabı, Hədis: 2586 (Səhih-Buxari, Səlat Kitabı, 88; Səhih Müslim, Birr Kitabı, Hədis: 65 (2585))

Digər xəbərlər