Ərdoğan: “Zəfər Türkmən dağının olacaq”
741 dəfə baxılıb
“Siz dua edin, biz lazım olanı edirik”.
Dünən öz iqamətgahında gənclərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın Türkmən dağı ilə bağlı məsələlərə toxunub.
“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, Ərdoğan Türkmən dağında baş verən hadisələrlə bağlı “Ola bilsin ki, şəhidlərimiz olsun. Amma zəfər Türkmən dağının olacaq”, – deyə bildirib.
Gəncləri Beştəpədə yerləşən prezident sarayında qarşılayan Ərdoğan Banqladeşdəki edamlardan Fələstin probleminə, Fələstindəki işğaldan Avropa Birliyi ilə yaşanan böhrana qədər bir çox məsələyə aydınlıq gətirib.
Bayırbucaq türkmən bölgəsindən gələn və Türkiyədə məskunlaşan bir gəncin Laziqiyyə ətrafındakı döyüşlərlə bağlı verdiyi suala cavab verən Ərdoğan bunları deyib:
“Ola bilsin ki, şəhidlər veriləcək. Amma zəfər Türkmən dağının olacaq. Türkmən dağı, zəfərin şahidi olacaq. Siz dua edin, biz lazım olanı edirik”.
Laziqiyyənin şimalında yerləşən və türkmənlərin yaşadığı Bayırbucaq bölgəsi, ötən ilin noyabr ayından bu yana Rusiyanın dəstəyi ilə Əsəd rejiminin və İranın dəstəyi ilə qurulan silahlı qruplaşmaların müştərək hədəfinə çevrilib.
Minlərlə ton bombanın istifadə olunduğu hücumlar nəticəsində Türkmən dağının 75 %-i Əsəd rejiminin nəzarətinə keçdiyi halda geri qalan 25 %-lik hissədə isə müqavimət hələ də davam edir.
Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanları düz yola yönəltməklə fitnənin şərindən qorumasını diləyirik. Amin!